Yuxarı
    Bağlamaq

    Azərbaycan güləşçiləri hərbçilərin dünya çempionatında mübarizə aparacaqlar

    Yarışda MOİK-in 16 pəhləvanı çıxış edəcək

    Bakı. 19 avqust. REPORT.AZ/ Sentyabrın 18-də Litvanın Klaypeda şəhərində güləş üzrə hərbçilərin 32-ci dünya çempionatı start götürəcək. 

    "Report"un məlumatına görə, 8 gün davam edəcək yarışda Azərbaycanı Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) 16 pəhləvanı təmsil edəcək. Klaypedaya məşqçi Nazim Əlicanov və Taleh İsrafilovun rəhbərliyi altında sərbəst güləşçilər Əfqan Xaşalov (57 kq), Qalib Əliyev 61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq), Rəşad Yusifli (74 kq), Əşrəf Əliyev (86 kq), qadın güləşçilər Türkan Nəsirova (48 kq) ilə Tatyana Varantsova (53 kq), yunan-Roma güləşçiləri Murad Məmmədov (59 kq), Kərim Cəfərov (66 kq), Sənan Əlmirzəyev (71 kq), Həsən Əliyev (75 kq), Elvin Mürsəliyev (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Cavid Feyziyev (130 kq) yollanacaqlar.   

    Azərbaycanı hakim qismində isə Elman İsmayılovla Tural Əliyev təmsil edəcək. 

    Qeyd edək ki, MOİK-də 16 idman növü üzrə fəaliyyət göstərən bölmələrdə bütün yaş qrupları üzrə məşqlər keçirilir. Azərbaycan milli yığma komandasının əksər üzvləri Mərkəzi Ordu İdman Klubunun təmsilçiləridir. Olimpiya, Dünya, Avropa və başqa yarışlarda qazanılan medalların da bir hissəsi ordu idmançılarına məxsusdur. Həmçinin MOİK-nun yetirmələri "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 2 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olublar.

    MOİK 1995-ci ildən Beynəlxalq Hərbi İdman Şurasının (SİZM) üzvüdür. Klub SİZM-in keçirdiyi yarışlarda indiyədək 33 qızıl, 42 gümüş və 58 bürünc medal qazanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi