Azərbaycan güləşçiləri hərbçilərin dünya çempionatında 9 medal qazanıb

Azərbaycan güləşçiləri hərbçilərin dünya çempionatında 9 medal qazanıb Çempionatın sonuncu günündə 2 gümüş medal əldə olunub
Fərdi
24 Sentyabr , 2016 18:09
Azərbaycan güləşçiləri hərbçilərin dünya çempionatında 9 medal qazanıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Makedoniyanın paytaxtı Skopyedə Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) təşkilatçılığı ilə keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı başa çatıb. "Report"un məlumatına görə, çempionatın son günündə 80, 85, 97 və 130 kq-da yunan-Roma güləşçiləri yarışıb. 

Azərbaycan pəhləvanları günü 2 gümüş medalla tamamlayıb. 

80 kq çəki dərəcəsində mübarizə aparan Rafiq Hüseynov finalda almaniyalı, 85 kq çəkidəki İslam Abbasov isə rusiyadan Yevgeni Saleyevə minimal fərqlə uduzub. 

Beləliklə, hərbçilərin dünya çempionatında Azərbaycanı təmsil edən 14 güləşçidən 9-u 2 qızıl, 4 gümüş, 3 bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi