Yuxarı

​Azərbaycan güləşçiləri gənclərin Avropa çempionatında 1 qızıl və 1 gümüş medal qazanıb - FOTO

Turnir Buxartestdə keçirilir

Buxarest. 21 iyun. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə gənclər arasında Avropa çempionatına start verilib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, turnirin ilk günündə Azərbaycanın yunan-Roma güləşçiləri Azər Nəsibli (50 kq), Mikayıl Rəhmanov (60 kq), Mehrac Kərimov (74 kq) və Soslan Fanziyev (96 kq) mübarizəyə qoşulub.

Xalça üzərinə ilk olaraq Azər Nəsibli çıxıb. Mübarizəyə 1/4 final mərhələsindən qoşulan pəhləvanımız macar rəqibi Csaba Horvath, yarımfinalda isə belaruslu Artsem Belausau üzərində tam üstünlüklə qələbə qazanaraq adını finala yazdırıb. Finalda güləşçimiz Gürcüstan təmsilçisi Nugzari Tsurtsumianı ilə qarşılaşıb və 8-10 hesabı ilə məğlub olaraq Avropa çempionatının gümüş medalını qazanıb.

60 kq. çəkidə mübarizə aparan Mikayıl Rəhmanov isə ilk olaraq Almaniya güləşçisi Etienne Kinsingeri, daha sonra Rumıniya təmsilçisi Aleksandru Solomonu mübarizədən kənarlaşdırıb. Təmsilçimiz qələbə seriyasını davam etdirərək, yarımfinalda bolqarı rəqibi Nestar Nedkovu 7:1 hesabı ilə məğlub edib və finala çıxıb. Həlledici görüşdə pəhləvanımız Gürcüstan təmsilçisi Levani Kavjaradze ilə qarşılaşıb və 10:2 hesabı ilə tam qələbə qazanaraq Avropa çempionatının qızıl medalçısı olub.

Digər pəhləvanlarımız Mehrac Kərimov və Soslan Fərziyev mübarizəni 1/16 finalda dayandırıb.

Komanda böyük məşqçisi Şaban Donat, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında mübarizə aparır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi