Yuxarı

Azərbaycan güləşçiləri dünya çempionatında daha 2 qızıl və 1 bürünc medal qazanıb

Türkan Nəsirova və Leyla Qurbanova dünya çempionu olub

Bakı. 14 avqust. REPORT.AZ/ Braziliyanın Salvador da Bahiya şəhərində keçirilən güləş üzrə dünya çempionatının üçüncü yarış günündə 44, 51, 59 və 67 kq çəki dərəcələrində gənc qızlar mübarizəyə qoşulub. "Report"un məlumatına görə, Azərbaycan pəhləvanları günü 2 qızıl və 1 bürünc medalla başa vurub.

44 kq çəki dərəcəsində mübarizə aparan Türkan Nəsirova ardıcıl olaraq Türkiyə, Belarus, Qazaxstan və Yaponiyadan olan güləşçiləri məğlub edərək dünya çempionu olub.

51 kq-dakı Leyla Qurbanova da eyni nəticəni göstərib. O, Meksika, Yaponiya, Rusiya və Ukrayna güləşçilərinə qalib gəlib.

67 kq çəkidəki Elis Manolova isə yarımfinala kimi inamla irəliləsə də, yaponiyalı idmançıya məğlub olub. Bürünc medal uğrunda görüşdə Norveç təmsilçisinə qalib gələn Manolova çempionatın mükafatçıları sırasına düşməyi bacarıb.

Qeyd edək ki, yarışların ilk iki günündə mübarizə aparan Azərbaycan yunan-Roma güləşçiləri 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb və komanda hesabında ikinci olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi