Azərbaycan güləşçiləri dünya çempionatında beş medal qazanıblar - VİDEO

Azərbaycan güləşçiləri dünya çempionatında beş medal qazanıblar - VİDEO Sərbəst, yunan-Roma və qadın güləşçiləri yalnız "bürünc"lə kifayətləniblər
Fərdi
28 Noyabr , 2017 12:16
Azərbaycan güləşçiləri dünya çempionatında beş medal qazanıblar - VİDEO
Awf-az.org

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan yığması Polşanın Bıdqoş şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatını 5 bürünc medalla başa vurub.

“Report” xəbər verir ki, ilk iki yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparıb. Yığma üzvlərindən Sakit Cəlilov (59 kq) və İslam Abbasov (85 kq) bürünc medal əldə edib. Nəsir Həsənov (75 kq) isə 5-ci yerdə qərarlaşıb.

Qadın güləşçilərin mübarizəsini də yığma üzvləri 2 bürünc medalla tamamlayıb. Türkan Nəsirova (58 kq) və Tatyana Omelçenko (60 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Alyona Kolesnik (58 kq) isə 5-ci yeri tutub.

Son yarış günlərində mübarizəyə qoşulan sərbəst güləşçilərin qazancı da 1 bürünc medal olub. 57 kq çəkidə yarışan Pərviz İbrahimov çempionatı üçüncü sırada tamamlayıb.

Görüşləri idarə edənlər arasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edib.

Son xəbərlər

Orphus sistemi