Yuxarı

​Azərbaycan güləşçiləri Dağıstanda 5 medal qazanıb

Medallardan 2-si qızıl, 2-si gümüş, 1-i isə bürüncdür

Bakı. 10 may. REPORT.AZ/ Dağıstanın Çumada rayonunda Sovet İttifaqı qəhrəmanı Kadi Abakarovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 44-cü beynəlxalq turnir keçirilib.

"Report"un Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, turnirdə iştirak edən böyüklərdən ibarət Azərbaycan yığma komandasının üzvləri 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.

61 kq çəkidə mübarizə aparan Əhmədnəbi Qvarzatilov və 70 kq çəkidə yarışan Məhəmməd Müslümov bütün rəqiblərini üstələyərək turnirin qızıl medalına yiyələnib. Ə.Qvarzatilov finalda yerli idmançı Şamil Omarov, M.Müslümov isə komanda yoldaşı Murtuzəli Müslümov üzərində qələbə qazanıb.

Digər gümüş medala gərgin keçən final görüşündə yerli idmançı Zaur Uquyevə uduzan Georgi Edişeraşvili (57 kq) sahib olub. Görüşdə 4:4 hesablı bərabərlik qeydə alınsa da, son xalı rəqibin qazanması görüşün də onun xeyrinə başa çatması ilə nəticələnib.

74 kq çəkidə mübarizə aparan Ruslan Dibirhacıyev isə turnirin bürünc medalına yiyələnib.

Bundan başqa 57 kq-dakı təmsilçimiz Georgi Edişeraşvili "ən yaxşı texnikalı güləşçi" nominasiyasında turnirin mükafatına layiq görülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi