Yuxarı
    Bağlamaq

    Azərbaycan güləşçiləri Bolqarıstan turnirinun ilk günündə 4 medal qazanıblar

    Yunan-Roma güləşi üzrə 71 kq-da mübarizə aparan Rəsul Çunayev qızıl medala sahib olub© Foto: AGF

    Bakı. 9 aprel. REPORT.AZ/ Bolqarıstanın Ruse şəhərində güləş üzrə böyüklər arasında Dan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnir keçirilir.

    "Report" Azərbaycan Güləş Federaasiyasına istinadən xəbər verir ki, sayca 55-ci dəfə baş tutacaq turnirdə sərbəst, yunan-Roma və qadın güləşçilərdən ibarət yığma komandamızın üzvləri iştirak edir.

    İlk yarış günündə 59, 71, 80, 96 kq-da yunan-Roma, 57, 65, 74, 97 kq-da sərbəst, 48, 55, 60, 69 kq çəkidə qadın güləşçilər yarışıb. Güləşçilərimiz günü 1 qızıl və 3 bürünc medalla başa vurub.

    Yunan-Roma güləşi üzrə 71 kq-da mübarizə aparan Rəsul Çunayev ardıcıl olaraq Əlcəzair, Koreya, yarımfinalda Macarıstanlı son Dünya çempionu Balint Korpasini məğlub edərək finala yüksəlib. Finalda güləşçimiz rəqibi Qırğızıstan təmsilçisinə 1 dəqiqə ərzində tam üstünlüklə qalib gəlib və turnirin qızıl medalına sahib olub. Keçirdiyi bütün görüşləri tam üstünlüklə başa vuran Rəsul rəqiblərinə xal verməyib.

    Taleh Məmmədov (59 kq) bürünc medal uğrunda görüşdə Qırğızıstandan olan rəqibini məğlub edib və fəxri kürsünün 3-cü pilləsində yer alıb.

    Sərbəst güləşçilərimiz isə ilk yarış gününü 2 bürünc medalla başa vurub. Bürünc medalları yığmamıza 57 kq-da mübarizə aparan Mahir Əmiraslanov və 65 kq-da yarışan Məhəmməd Müslümov qazanıb.

    Qadın güləşi yarışlarında mübarizə aparan Elis Manolova (69 kq) turniri 5-ci sırada tamamlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi