Yuxarı

​Azərbaycan güləşçiləri Avropa Millətlər Kubokunda mübarizəyə başlayır

Mübarizəyə ilk olaraq qadın güləşçilər qoşulacaq

Bakı. 6 noyabr. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri start götürüb. "Report"un məlumatına görə, turnirdə yunan-Roma, sərbəst və qadın güləşi üzrə Azərbaycan yığma komandaları da mübarizə aparır.

İlk yarış günündə qadın güləşçilər arasında qrup görüşləri keçiriləcək. Püşkatmanın nəticəsinə əsasən, azərbaycanlı qadın pəhləvanlar Polşa və Rusiya ilə birgə A qrupunda mübarizə aparacaq. B qrupunda isə Ukrayna, Belarus və Türkiyə yığmaları yarışacaq. Qrup birinciləri turnirin finalında qarşılaşacaq.

Bu yarışda baş məşqçi Semyon Çterev, böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında Marziget Baqomedova (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), Alyona Kolesnik (58 kq), İrina Netreba (60 kq), Raqnetta Qurbanzadə (63 kq) və Gözəl Zutova (69 kq) iştirak edəcək.

Qeyd edək ki, yarışlar Lujniki Olimpiya Kompleksində, "Drujba" Universal İdman Zalında keçirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi