Azərbaycan güləş yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb

Azərbaycan güləş yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb Çempionata 22 pəhləvan yollanıb
Fərdi
28 Mart , 2016 10:10
Azərbaycan güləş yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb

Bakı. 28 mart. REPORT.AZ/ Martın 29-da Bolqarıstanın Ruse şəhərində 23 yaşadək güləşçilər arasında start götürəcək Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. "Report"un Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 6 gün davam edəcək yarışa 22 pəhləvan qatılacaq. 

Çempionatda ilk olaraq yunan-Roma güləşçiləri mübarizə aparacaq. Yığma komandanın məşqçiləri Akif Əliyev, Eyyub Azmude və Fuad Alıyevin rəhbərliyi altında Bolqarıstana Murad Məmmədov (59 kq), Elman Muxtarov (66 kq), Ruhin Mikayılov (71 kq), Şəmistan Quluzadə (75 kq), Elton Vəzirzadə (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nəzəriani (130 kq) yollanıb. 

Böyük məşqçi Konstantin Konorev və məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 6 qadın güləşçi - Anna Pavliv (48 kq), Leyla Qurbanova (53 kq), Almaz İsmayılova (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq) və Elis Manolova (69 kq) çıxış edəcək.

Avropa çempionatının son iki günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Yığma komandanın məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında çempionatda Mircəlal Həsənzadə (57 kq), Zəlimxan Vəliyev (61 kq), Teymur Məmmədov (65 kq), Hacımurad Ömərov (70 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Səid Həmidov (125 kq) qüvvəsini sınayacaq. 


Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.

Qeyd edək ki, Avropa çempionatında 19 - 23 yaşlı güləşçilər mübarizə aparacaqlar. 

Son xəbərlər

Orphus sistemi