Azərbaycan gimnastlarının qatılacağı yarışla bağlı təqdimat olub

Azərbaycan gimnastlarının qatılacağı yarışla bağlı təqdimat olub Almaniyanın Münhen şəhərində Avropa Gimnastikasının təşkilatçılığı ilə Kommunikasiya seminarı keçirilib.
Fərdi
26 Aprel , 2022 20:21
Azərbaycan gimnastlarının qatılacağı yarışla bağlı təqdimat olub

Almaniyanın Münhen şəhərində Avropa Gimnastikasının təşkilatçılığı ilə Kommunikasiya seminarı keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından "Report"a verilən məlumata görə, tədbirdə 11 - 21 avqustda sözügedən şəhərdə idman gimnastikasının da daxil olduğu 9 idman növü üzrə keçiriləcək Avropa çempionatı ilə əlaqədar təqdimat olub.

12 ölkə nümayəndəsinin iştirak etdiyi seminarda Azərbaycan da təmsil olunub. Tədbir iştirakçıları həmçinin gimnastika növü üzrə yarışların keçiriləcəyi olimpiya zalına da səfər ediblər.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanın kişi və qadın idman gimnastları da mübarizə aparacaqlar.

Son xəbərlər

Orphus sistemi