Azərbaycan gimnastları Slovakiya və Almaniyada medallar qazanıblar

Azərbaycan gimnastları Slovakiya və Almaniyada medallar qazanıblar Aerobika gimnastikası üzrə Azərbaycan yığması Slovakiyanın paytaxtı Bratislavada keçirilən Açıq çempionatda iki medal qazanıb.
Fərdi
8 Aprel , 2019 09:36
Azərbaycan gimnastları Slovakiya və Almaniyada medallar qazanıblar

Aerobika gimnastikası üzrə Azərbaycan yığması Slovakiyanın paytaxtı Bratislavada keçirilən Açıq çempionatda iki medal qazanıb.

“Report” xəbər verir ki, milli komanda 15 ölkənin qatıldığı turnirdə fərdi, qarışıq cütlük, üçlük və qrup çıxışlarında təmsil olunub. Mədinə Mustafayeva, Nərminə Hüseynova, Balaxanım Əhmədova, Vladimir Dolmatov və İmran İmranovun qrup proqramında icra etdikləri performans onlara yarışların qızıl medalını (19.344 xal) qazandırıb.

Üçlük proqramında Emil Quliyev, Elçin Məmmədov və V.Dolmatov 19.800 xalla turnirin gümüş medalına layiq görülüblər. Qarışıq cütlükdə İmranov və Mustafayeva 6-cı, fərdi çıxışlarda Məmmədov 5-ci, Hüseynova 7-ci yeri tutub.

9 - 11 yaşlı gimnastların mübarizəsində isə Azərbaycanın yeganə təmsilçi Məryam Topçubaşova fərdi proqramda qızıl medal qazanıb.

Almaniyanın paytaxtı Berlində keçirilən ənənəvi “Junior Team Cup” beynəlxalq turnirində isə Azərbaycanın idman gimnastı Səməd Məmmədli bürünc medal qazanıb. 2018-ci il Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının iştirakçısı Səməd Məmmədlinin dəstəli atda çıxışını hakimlər 12.850 xalla dəyərləndirib. Məmmədli turnikdəki nümayişinə görə də final mərhələsinə yüksəlib və yekunda 11.550 xalla 6-cı olub. Rüstəm Əhməd isə öz yaş kateqoriyasında dəstəli atda finala vəsiqə qazanıb. Yekun mərhələdə gənc gimnast 12.200 xalla 4-cü olub. Turnirdə 26 ölkədən 140 gənc gimnast mübarizə aparıb. 

Son xəbərlər

Orphus sistemi