Azərbaycan gimnastları Murad Rəfiyev və Daniel Abbasov Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında daha bir qızıl medal qazanıb.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə cütlük bu dəfə balans hərəkətlərində yüksək nəticə göstərib.
Gimnastlar daha öncə qarışıq hərəkətlərdə birinci yeri tutmuşdu.
Qeyd edək ki sentyabrın 19-da startı verilən yarış sabah başa çatacaq.