Azərbaycan gimnastları Misirdə gümüş medal qazandı

Azərbaycan gimnastları Misirdə gümüş medal qazandı İdmançılar Qahirə şəhərindəki “Egyptian Pharaohs cup”da çıxış edib
Fərdi
109
10 Aprel , 2021 09:32
Azərbaycan gimnastları Misirdə gümüş medal qazandı

Azərbaycan gimnastları beynəlxalq turnirlərdə medallar qazanıb.

"Report"un məlumatına görə, aerobika gimnastikası üzrə yığma komandanın üzvləri Vladimir Dolmatov və Mədinə Mustafayeva Misirin Qahirə şəhərindəki “Egyptian Pharaohs cup”da çıxış edib.

Onlar qarışıq cütlüklərin mübarizəsində gümüş medala sahib olub.

Bədii gimnastika üzrə yığma komandanın üzvləri isə Finlandiya Gimnastika Federasiyasının dəvəti ilə onlayn turnirə qatılıb.

Ölkəni Zeynəb Hümmətova, Məryəm Səfərova, Darya Sorokina, Ləman Əlimuradova və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandası, fərdi proqramda isə Arzu Cəlilova ilə Nərminə Səmədova təmsil edib.

Qrup hərəkətləri komandası 3 halqa və 2 cüt gürzlərlə nümayiş etdirdikləri çıxışlarına görə gümüş medala yiyələnib.

Son xəbərlər

Orphus sistemi