Azərbaycan gimnastları “Medea Cup”da iki qızıl medal qazanıblar

Azərbaycan gimnastları “Medea Cup”da iki qızıl medal qazanıblar Gürcüstanın paytaxtı Tbilisidə idman gimnastikası üzrə beynəlxalq “Medea Cup” turniri keçirilib.
Fərdi
28 Oktyabr , 2019 14:37
Azərbaycan gimnastları “Medea Cup”da iki qızıl medal qazanıblar

Gürcüstanın paytaxtı Tbilisidə idman gimnastikası üzrə beynəlxalq “Medea Cup” turniri keçirilib. 

"Report" Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, turnirdə yığma komandanın üzvləri Anar Həsənov, Rəsul Əhmədzadə və Ramin Dəmirov iştirak ediblər. 

Həsənov sərbəst hərəkətlərdə, Əhmədzadə isə turnikdə birinci yeri tutub. Onlar müvafiq olaraq dəstəli atdakı çıxışlarına görə, 2-ci və üçüncü pillədə qərarlaşıblar. Rəsul Əhmədzadə parallel qollarda çıxış edərək, daha bir bürünc medala sahib olub. 

Ramin Dəmirov isə halqalarla hərəkətdə üçüncü yeri tutub.  

Son xəbərlər

Orphus sistemi