Azərbaycan gimnastları Avropa çempionatı üçün Türkiyəyə yollanıblar

Fərdi
  • 14 noyabr, 2023
  • 08:07
Azərbaycan gimnastları Avropa çempionatı üçün Türkiyəyə yollanıblar

Aerobika gimnastikası üzrə Azərbaycan yığması Türkiyənin Antalya şəhərində keçiriləcək 13-cü Avropa çempionatında mübarizə aparacaq.

“Report” xəbər verir ki, milli üzvləri artıq yarışın baş tutacağı məkana yollanıblar.

Noyabrın 17-19-da təşkil olunacaq qitə birinciliyində Vladimir Dolmatov, Mədinə Mustafayeva, Xədicə Quliyeva, Leyla Bejanova, Arzu Ağayeva, Sara Əlixanlı, Sənəm Kazımova və Dilarə Qurbanova qüvvələrini sınayacaqlar.