Azərbaycan gimnastı Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Fərdi
- 24 avqust, 2023
- 18:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın Valensiya şəhərində keçirilən bədii gimnastika üzrə 40-cı dünya çempionatında fərdi proqramda çoxnövçülük üzrə təsnifat yarışları başa çatıb.
"Report" xəbər verir ki, Avropa çempionatının bürünc mükafatçısı, Yay Universiadasının dördqat gümüş və bürünc medalçısı Zöhrə Ağamirova çoxnövçülük yarışlarının nəticəsinə əsasən 12-ci pillədə qərarlaşaraq, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
İdmançımız bu nəticə ilə həmçinin çoxnövçülük proqramında dünya çempionatının final mərhələsinə vəsiqəni özü üçün təmin edib.
Qeyd edək ki, bu, Paris-2024-ə gimnastika üzrə qazanılan ilk lisenziyadır.
Son xəbərlər
07:22
Keçmiş məcburi köçkün: Cəbrayıla qürur hissi ilə qayıdırıq
Daxili siyasət
07:12
Foto
Xocavənd, Cəbrayıl və Zəngilanın kəndlərinə köç karvanları yola salınıb
Daxili siyasət
06:38
Zəngilan sakini: Xoş həyəcandan sevincimi ifadə edə bilmirəm
Daxili siyasət
06:24
ABŞ-də təyyarə qəzasında üç nəfər ölüb
Digər ölkələr
05:56
BVF 2027-ci ildə Ukraynanın maliyyə kəsirini açıqlayıb
Digər ölkələr
05:28
Vens: ABŞ İranla müharibənin iki il davam etməsinə imkan verməyəcək
Digər ölkələr
05:02
Britaniya Aİ ilə "Brexit" müqaviləsinin şərtlərini yaxşılaşdırmaq niyyətindədir
Digər ölkələr
04:34
CNN: İran Vaşinqtonda Tramp administrasiyası rəsmilərinə hücumlar hazırlayır
Digər ölkələr
04:08
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
Digər ölkələr