Azərbaycan gimnastı: "Medal qazanacağıma əmin idim"

Azərbaycan gimnastı: "Medal qazanacağıma əmin idim" "Medal qazanacağıma əmin idim. Çünki özümü texniki cəhətdən sakit hiss edirdim. Məşqçim dedi ki, onsuz da ikinci olacaqsan. Dostlarımı pis vəziyyətdə qoymaq istəmədim. Hamısına söz vermişdim. Toparlandım və gümüş medal qazandım".
Fərdi
109
21 Noyabr , 2021 16:13
Azərbaycan gimnastı: Medal qazanacağıma əmin idim

"Medal qazanacağıma əmin idim. Çünki özümü texniki cəhətdən rahat hiss edirdim. Məşqçim dedi ki, onsuz da ikinci olacaqsan. Dostlarımı pis vəziyyətdə qoymaq istəmədim. Hamısına söz vermişdim. Toparlandım və yekunda 2-ci yeri tutdum".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan təmsilçisi Mixail Malkin Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatında gümüş medal qazanması barədə danışarkən deyib.

25 yaşlı idmançı 2 ay ərzində yarışa ciddi hazırlaşdığını bildirib: "Sadəcə, çiynimdəki zədəyə görə çətinliklərim oldu. Hər addım, hər medal, hər hadisə sənin üçün yeni təcrübədir. Sadəcə, dişlərini sıxıb, sonadək mübarizə aparmalısan".

Avropa çempionu zədə səbəbindən 25 - 28 noyabrda Bakıda təşkil olunacaq batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarına qatılmayacağını söyləyib: "Çiynimdəki zədəni sağaltmaq istəyirəm. Buna görə də qarşıdakı yarışda sadəcə, Milli Gimnastika Arenasına gəlib komanda yoldaşlarıma dəstək olacağam".

Malkin pandemiya dövründə məşq etməyin çətinliklərindən də söz açıb: "Pandemiya vaxtı zala buraxmırdılar. Amma mən həyətdə, küçədə məşq edirdim. Açığı, zal açılandan sonra tullanmağa bir az qorxurdum. Amma sonra gördüm ki, hazırda əvvəlkindən də güclüyəm".

Son xəbərlər

Orphus sistemi