Azərbaycanın bədii gimnastı Arzu Cəlilova İspaniyanın Barselona şəhərində keçirilmiş Kataloniya Kubokunda gümüş medal qazanıb.
"Report" xəbər verir ki, dünya çempionatının ikiqat mükafatçısı gürzlə hərəkətlərdəki çıxışına görə fəxri kürsünün 2-ci pilləsinə qalxıb.
İdmançı çoxnövçülük yarışında isə 85.200 xal toplayaraq dördüncü yeri tutub və medalın bir addımlığında dayanıb.
Qeyd edək ki, Arzu Cəlilova Kataloniya Gimnastika Federasiyasının dəvəti ilə Barselonadakı yarışa yollanmışdı.
![](https://static.report.az/photo/3f9a9b0e-9aed-3e18-8be0-a7072f9e5b24_300.jpg)
![](https://static.report.az/photo/e554a9d8-12b5-3938-b329-4d8f15a336e9_300.jpg)