Azərbaycan gimnastı cəzalanan rusiyalı idmançının medalından imtina edib

Azərbaycan gimnastı cəzalanan rusiyalı idmançının medalından imtina edib Azərbaycan gimnastı İvan Tixonov rusiyalı həmkarı İvan Kulyakın Qətərin paytaxtı Dohadakı Dünya Kubokundakı nəticəsinin ləğv olunmasına münasibət bildirib.
Fərdi
26 May , 2022 14:57
Azərbaycan gimnastı cəzalanan rusiyalı idmançının medalından imtina edib

Azərbaycan gimnastı İvan Tixonov rusiyalı həmkarı İvan Kulyakın Qətərin paytaxtı Dohadakı Dünya Kubokundakı nəticəsinin ləğv olunmasına münasibət bildirib.

"Report"un məlumatına görə, yarışda 4-cü yeri tutan 26 yaşlı idmançı TASS-a açıqlamasında bürünc medalın ona verilməsi ilə bağlı israr etməyəcəyini söyləyib.

Tixonov rəqibinin ədaləli nəticə qazandığını və bu medala ehtiyacının olmadığını deyib: "Bu turnirdə mən qarşıma qoyulan məqsədlərə çatdım və 3 yarışda finala yüksəldim. İndi dünya çempionatına sakitcə gedə bilərəm".

26 yaşlı idmançı Rusiyanın Sızran İdman Gimnastikası Məktəbinin yetirməsi sayılır. 2018-ci ilin iyulunda o, idman vətəndaşlığını Rusiyadan Azərbaycana dəyişib.

Qeyd edək ki, Gimnastika Etika Fondunun İntizam Komissiyası İvan Kulyakı mükafatlandırma mərasiminə sinəsində "Z" hərfi yazılmış geyimlə çıxdığı üçün bir il müddətinə yarışlardan kənarlaşdırıb.

Son xəbərlər

Orphus sistemi