Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda gümüş medal qazanıb

Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda gümüş medal qazanıb Azərbaycan gimnastı Nikita Simonov Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda gümüş medal qazanıb.
Fərdi
16 Mart , 2019 13:47
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda gümüş medal qazanıb

Azərbaycan gimnastı Nikita Simonov Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda gümüş medal qazanıb.

"Report" xəbər verir ki, atlet halqalarla çıxışda 14,800 xallıq nəticə ilə ikinci olub. 

Sərbəst hərəkətlərdə mübarizə aparan Murad Ağarzayev 13,800 xalla altıncı yeri tutub. 

Qadınların yarışında isə Marina Nekrasova dayaqla tullanmada 13,966 xal toplayaraq 6-cı olub. 

Qeyd edək ki, yarış “Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır. Turnirdə 41 ölkədən 170 gimnast mübarizə aparır. Dünya Kubokuna martın 17-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi