Azərbaycan gimnastı Bakıdakı dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan gimnastı Bakıdakı dünya çempionatında gümüş medal qazanıb Azərbaycan təmsilçisi Mixail Malkin Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatında final çıxışlarına başlayıb.
Fərdi
21 Noyabr , 2021 15:05
Azərbaycan gimnastı Bakıdakı dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan təmsilçisi Mixail Malkin Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatında final mərhələsində 2-ci cəhdini edib.

"Report"un məlumatına görə, tamblinq növündə çıxış edən 25 yaşlı idmançı bu dəfə hakimlərdən 76.300 xal alıb və yekunda 2-ci yeri tutaraq gümüş medal qazanıb.

Qeyd edək ki, yarışın qızıl medalına rusiyalı Aleksandr Lısıtsin, bürünc medalına isə ABŞ təmsilçisi Keydn Braun layiq görülüb.

14:52

Azərbaycan təmsilçisi Mixail Malkin Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatında final çıxışlarına başlayıb.

"Report"un məlumatına görə, tamblinq növündə mübarizə aparan 25 yaşlı idmançı ilk cəhdini edib.

Avropa çempionu, dünya yaş qrupları yarışlarının qalibi 38.300 xala layiq görülüb və hələlik 2-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi