Azərbaycan gimnastı Bakıdakı dünya çempionatında final mərhələsinə vəsiqə qazanıb

Azərbaycan gimnastı Bakıdakı dünya çempionatında final mərhələsinə vəsiqə qazanıb Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvü Zöhrə Ağamirova Bakıda keçirilən dünya çempionatında final mərhələsinə vəsiqə qazanıb.
Fərdi
19 Sentyabr , 2019 17:30
Azərbaycan gimnastı Bakıdakı dünya çempionatında final mərhələsinə vəsiqə qazanıb

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvü Zöhrə Ağamirova Bakıda keçirilən dünya çempionatında final mərhələsinə vəsiqə qazanıb.

“Report” xəbər verir ki, 18 yaşlı idmançı buna çoxnövçülükdə 60,050 xal toplamaqla nail olub.

Bu göstərici ilə təsnifat mərhələsində 21-ci yeri tutan Ağamirova finala vəsiqə verən “24-lüy”ə düşüb.

Sentyabrın 20-də baş tutacaq final mərhələsi saat 14:30-da başlayacaq.

Qeyd edək ki, sentyabrın 16-da start götürən dünya çempionatına ayın 22-də yekun vurulacaq. Sayca 37-ci mundial Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Olimpiadaya 98 vəsiqədən 41-i məhz Milli Gimnastika Arenasında sahibini tapacaq. Çoxnövçülükdə eyni ölkədən ikidən artıq olmamaqla ilk 16 yeri tutacaq gimnastlar lisenziya qazanacaqlar. Qrup hərəkətlərində isə ilk “beşlik” olimpiadaya vəsiqə əldə edəcək. Ötənilki dünya çempionatında mükafat qazanan Rusiya, İtaliya və Bolqarıstan artıq Tokio-2020-yə düşdüyündən 6-8-ci yerlər də Oyunlara lisenziya şansı əldə edə biləcəklər.

Son xəbərlər

Orphus sistemi