Azərbaycan gimnastı “AGF Junior Trophy” turnirində qızıl medal qazanıb

Azərbaycan gimnastı “AGF Junior Trophy” turnirində qızıl medal qazanıb Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycanın bədii gimnastika üzrə yığma komandası Bakıda keçirilən “AGF Junior Trophy” beynəlxalq turnirində 4 medal qazanıb.
Fərdi
1541
24 Aprel , 2018 15:58
Azərbaycan gimnastı “AGF Junior Trophy” turnirində qızıl medal qazanıb

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycanın bədii gimnastika üzrə yığma komandası Bakıda keçirilən “AGF Junior Trophy” beynəlxalq turnirində 4 medal qazanıb.  

"Report"un məlumatına görə, sonuncu medalı lentlə hərəkətlərdə Arzu Cəlilova əldə edib. O, 15,850 xalla qızıl medala sahib olub. Futbol üzrə Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun qızı – Rusiya yığmasını təmsil edən Lala Kramarenko 15,700 xalla ikinci yeri tutub.

Bürünc medalı isə 15,600 xalla bolqarıstanlı Tatyana Volojanina əldə edib.

Qeyd edək ki, daha əvvəl Nərminə Səmədova topla hərəkətlərdə gümüş, Dərya Farşbafşəhriyari halqa ilə hərəkətlərdə, Azərbaycan millisi isə komanda hesabında bürünc medal əldə edib.

Son xəbərlər

Orphus sistemi