Azərbaycan əsilli kikboksçu idman şortlarını Ukrayna Ordusu üçün auksiona çıxarıb - FOTO

Azərbaycan əsilli kikboksçu idman şortlarını Ukrayna Ordusu üçün auksiona çıxarıb - FOTO Azərbaycan əsilli Ukrayna kikboksçusu Orfan Sənanzadə öz idman şortlarını auksiona çıxarıb.
Fərdi
30 İyul , 2022 15:33
Azərbaycan əsilli kikboksçu idman şortlarını Ukrayna Ordusu üçün auksiona çıxarıb - FOTO

Azərbaycan əsilli Ukrayna kikboksçusu Orfan Sənanzadə öz idman şortlarını auksiona çıxarıb.

"Report"un məlumatına görə, idmançı 2017-ci ildə Polşanın Vrotslav şəhərində keçirilmiş X Ümumdünya Oyunlarında geyindiyi qırmızı və mavi şortlarına ilkin qiymət olaraq 500 qriven (23 manat) qiymət qoyub. Auksionun vaxtı avqustun 1-də başa çatacaq.

Artıq şortlar üçün 3 min qriven (139 manat) vermək istəyən alıcı var.

İdmançı "Report"a açıqlamasında buradan əldə etdiyi məbləği Ukrayna Silahlı Qüvvələrində yer alan kikboksinq məşqçilərinə göndərmək istədiyini bildirib.

Qeyd edək ki, Ukrayna millisinin 63,5 kq çəki dərəcəsində bir nömrəsi sayılan Orfan Sənanzadə 2017-ci ildə keçirilmiş X Ümumdünya Oyunlarında qızıl, bu il ABŞ-ın Birminqem şəhərində baş tutmuş XI Ümumdünya Oyunlarında gümüş medal qazanıb.

Son xəbərlər

Orphus sistemi