Azərbaycan Dünya Köçəri Oyunlarında üçüncü medalı qazanıb - YENİLƏNİB - 2

Azərbaycan Dünya Köçəri Oyunlarında üçüncü medalı qazanıb - YENİLƏNİB - 2 Azərbaycan Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya Köçəri Oyunlarında ilk medalını qazanıb.
Fərdi
9 Sentyabr , 2024 17:07
Azərbaycan Dünya Köçəri Oyunlarında üçüncü medalı qazanıb - YENİLƏNİB - 2

Azərbaycan Qazaxıstanın paytaxtı Astanada keçirilən V Dünya Köçəri Oyunlarında üçüncü medalı qazanıb.

"Report"un məlumatına görə, qazaq güləşi yarışında Eyvaz Baxşıyev (60 kq) gümüş mükafat əldə edib.

O, finalda yerli idmançı Meirzhan Bereketova uduzub.

Qeyd edək ki, daha əvvəl Ülviyyə Bayramova (52 kq) və Elşən Dünyamalıyev (55 kq) bürünc medala sahib çıxıblar.

16:17

Azərbaycan Qazaxıstanın paytaxtı Astanada keçirilən V Dünya Köçəri Oyunlarında daha bir medal qazanıb.

"Report" xəbər verir ki, qazaq güləşi yarışında Ülviyyə Bayramova (52 kq) bürünc mükafat əldə edib.

O, üçüncü yer uğrunda görüşdə moldovalı Mariya Leorda qalib gəlib.

Qeyd edək ki, bu Azərbaycanın yarışda əldə etdiyi ikinci medaldır. Daha əvvəl qazaq güləşi yarışında Elşən Dünyamalıyev (55 kq) bürünc mükafata sahib çıxıb.

16:05

Azərbaycan Qazaxıstanın paytaxtı Astanada keçirilən V Dünya Köçəri Oyunlarında ilk medalını qazanıb.

"Report" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Qazaq güləşi yarışında Elşən Dünyamalıyev (55 kq) bürünc mükafat əldə edib.

O, üçüncü yer uğrunda görüşdə monqolustanlı Qantuq Bayantura qalib gəlib.

Son xəbərlər

Orphus sistemi