Azərbaycan döyüşçüləri Macarıstanda beş medal qazanıblar

Azərbaycan döyüşçüləri Macarıstanda beş medal qazanıblar Azərbaycan yığması yarışda 6 idmançı ilə təmsil edilib
Fərdi
30 Yanvar , 2024 13:14
Azərbaycan döyüşçüləri Macarıstanda beş medal qazanıblar

Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdə savatın assault və precombat növü üzrə keçirilmiş beynəlxalq turnirdə beş medal qazanıb.

"Report"un məlumatına görə, assault növündə böyüklərdən Beyrək Bağırov (85 kq) və gənclərdən Məhəmməd Məmmədli (52 kq) qızıl, yeniyetmələrdən Yusif Süleymanov (52 kq) bürünc, precombat növündə isə gənclərdən Məhəmməd Süleymanov (80 kq) gümüş, yeniyetmələrdən Ümid Zeynalov qızıl mükafata sahib çıxıblar.

Qeyd edək ki, Azərbaycanı yarışda 6 idmançı təmsil edib.

Son xəbərlər

Orphus sistemi