Yuxarı
    Bağlamaq

    Azərbaycan damaçıları Tbilisidə Avropa çempionatında iştirak edir

    Mükafat fondu 30 min avro olan turnir noyabrın 20-də başa çatacaq

    Tbilisi. 11 noyabr. REPORT.AZ/ Tbilisidə dama üzrə Avropa çempionatı keçirilir. 

    "Report"un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycan beynəlxalq turnirdə 4 idmançı - Aslan Aslanlı, Famil Kamilli, Vəfa Aslanova və Leyla Sadıqlı ilə təmsil olunur.

    Çempionatın təşkilatçısı, Beynəlxalq Dama Federasiyasının baş katibi, dünya çempionu, beynəlxalq dərəcəli qrossmeystr Antonina Langina "Report"a açıqlamasında deyib ki, idmançılar əsasən 3 növdə - standart, cəld və blits-dama növləri üzrə mübarizə aparacaqlar: "Turnirdə 20-yə yaxın ölkədən 60-dan çox idmançı mübarizə aparır. Çempionatda qalib gələn 6 idmançı 2017-ci ildə Sankt-Peterburqda keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq".

    Onun sözlərinə görə, mükafat fondu 30 min avro olan turnir noyabrın 20-də başa çatacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi