Yuxarı
    Bağlamaq

    ​Azərbaycan cüdoçusu reytinq siyahısında birinci pillədə qərarlaşıb

    Orxan Səfərov isə 4-cüdür

    Bakı. 4 may. REPORT.AZ/ Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. "Report"un məlumatına görə, Avropa çempionatında 73 kq çəkidə qızıl medal qazanan Rüstəm Orucov siyahının ilk pilləsində qərarlaşıb.

    100 kq-da Elmar Qasımov birinci, Elxan Məmmədov isə 21-cidir. Avropa çempionatının gümüş mükafatçısı Orxan Səfərov yeni reytinqdə 4-cü olub. İlqar Müşkiyev (60 kq) 14, Nicat Şıxəlizadə (66 kq) 10-cu pillədə yer alıb.

    Qadınlarda isə 48 kq-da yarışan Aişə Qurbanlı 45-ci yerdə qərarlaşıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi