Azərbaycan cüdoçusu "Qran-Pri" yarışında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu "Qran-Pri" yarışında bürünc medal qazanıb Bakı. 28 iyul. REPORT.AZ/ Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri yarışı keçirilir.
Fərdi
28 İyul , 2018 20:34
Azərbaycan cüdoçusu Qran-Pri yarışında bürünc medal qazanıb

Bakı. 28 iyul. REPORT.AZ/ Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə "Qran-Pri" yarışı keçirilir.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, beynəlxalq turnirin ikinci günü millimiz aktivinə bir medal yazdırıb.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov mötəbər turnirin bürünc medalını qazanıb.

Qeyd edək ki, 78 ölkədən 508 (326 kişi, 182 qadın) cüdoçunun qüvvəsini sınadığı "Qran-Pri"də Azərbaycan millisi 11 (10 kişi, 1 qadın) cüdoçu ilə təmsil olunur.

Son xəbərlər

Orphus sistemi