Azərbaycanın iki cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Azərbaycanın iki cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb İtaliyanın Riççone şəhərində keçirilən Avropa açıq turnirində Azərbaycanın 1 cüdoçusu finala vəsiqə qazanıb.
Fərdi
10 Sentyabr , 2022 20:10
Azərbaycanın iki cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Orxan Səfərov İtaliyanın Riççone şəhərində keçirilən Avropa açıq turnirində gümüş medal qazanıb.

"Report"un məlumatına görə, 66 kq-da çıxış edən idmançı finalda fransalı Reda Seddukiyə qızıl xal bölümündə uduzaraq, ikinci yeri tutub.

19:25

Azərbaycan cüdoçusu Rövşən Əliyev İtaliyanın Riççone şəhərində keçirilən Avropa açıq turnirində final görüşünə çıxıb.

"Report"un məlumatna görə, 60 kq çəki dərəcəsində yer alan idmançı qızıl medal uğrunda türkiyəli Salih Yıldızla qarşılaşıb.

Rəqibinə cərimə xalları ilə uduzan Əliyev 2-ci yerlə kifayətlənib.

18:08

İtaliyanın Riççone şəhərində keçirilən Avropa açıq turnirində Azərbaycanın daha bir cüdoçusu finala vəsiqə qazanıb.

"Report"un xəbərinə görə, Orxan Səfərov (66 kq) yarımfinalda israilli Qay Qutmana ipponla qalib gəlib.

Onun finaldakı rəqibi Reda Sedduki (Fransa) olacaq.

Bundan başqa, Nazir Talıbov (60 kq) bürünc medal uğrunda Dilşad Xalmatovla (Ukrayna) qarşılaşacaq.

Kəramət Hüseynov və Yaşar Nəcəfov (hər ikisi 66 kq) medalsız qalıb.

17:58

İtaliyanın Riççone şəhərində keçirilən Avropa açıq turnirində Azərbaycanın 1 cüdoçusu finala vəsiqə qazanıb.

"Report"un xəbərinə görə, bu, 60 kq çəki dərəcəsində yarışan Rövşən Əliyevdir.

O, yarımfinalda milliyyətcə özbək olan Dilşad Xalmatova (Ukrayna) "Golden Score"da ipponla qalib gələrək finala çıxıb. Əliyevin finaldakı rəqibi Salih Yıldız (Türkiyə) olacaq.

66 kq çəki dərəcəsində Azərbaycanın Avropa çempionu Orxan Səfərov da finala çıxa bilər. O, yarımfinalda Qay Qutmanla (İsrail) qarşılaşacaq.

Qeyd edək ki, Riççone şəhərində keçirilən turnir sentyabrın 11-də başa çatacaq. Bu yarışda Azərbaycanın 13 kişi cüdoçusu iştirak edir.

Son xəbərlər

Orphus sistemi