Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk günü bir gümüş medalla başa vurub - YENİLƏNİB

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk günü bir gümüş medalla başa vurub - YENİLƏNİB Azərbaycanın qadın cüdoçusu Aleksandra-Larisa Florian Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidəki Böyük Dəbilqə turnirində bürünc medal uğrunda görüşə çıxıb.
Fərdi
24 Oktyabr , 2019 19:00
Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk günü bir gümüş medalla başa vurub - YENİLƏNİB

Azərbaycanın qadın cüdoçusu Aleksandra-Larisa Florian Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidəki Böyük Dəbilqə turnirində bürünc medal uğrunda görüşə çıxıb.

"Report" xəbər verir ki, 57 kq çəkidə yarışan 24 yaşlı rumıniyalı legioner cənubi koreyalı Kim Can Di ilə üz-üzə gəlib. Azərbaycan təmsilçisi rəqibinə məğlub olaraq beşinci yerlə kifayətlənib.

Daha öncə Orxan Səfərov (66 kq) gümüş medala sahib olub.


*** 18:46

Azərbaycan cüdoçusu Orxan Səfərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidəki Böyük Dəbilqə turnirində final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə italiyalı Manuel Lombardo ilə üz-üzə gəlib. Rəqibinə ipponla məğlub olan Səfərov gümüş medal qazanıb.

Qadınların yarışında Aleksandra-Larisa Florian (57 kq) bürünc medal uğrunda qarşılaşmada cənubi koreyalı Kim Can Di ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi yarışa 10 kişi və 5 qadın cüdoçu ilə qatılıb. Bu gün mübarizə aparanlardan Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi 60 kq) və Nicat Şıxəlizadə medal qazanmaq şanslarını itiriblər.

Son xəbərlər

Orphus sistemi