Azərbaycanın daha bir cüdoçusu Yaşar Nəcəfov Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.
“Report”un məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə Villian Limanı (Braziliya) məğlub edib.
Daha əvvəl Balabəy Ağayev (60 kq) bürünc medal qazanmışdı. Rəşad Yelkiyev (66 kq) və Aydan Vəliyeva (52 kq) isə 3-cü yer uğrunda görüşdə rəqiblərinə məğlub olublar.
Qeyd edək ki, ilk gündə Azərbaycanın 15 cüdoçusu mübarizə aparıb.
Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.
"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə Kamoliddin Baxtiyarovu (Özbəkistan) məğlub edib.
Bu gün Azərbaycanın daha 3 cüdoçusu bürünc medal uğrunda görüşə çıxacaq:
Yaşar Nəcəfov (66 kq) – Villian Lima (Braziliya)
Rəşad Yelkiyev (66 kq) – Rüfət Aleskerov (AIN)
Aydan Vəliyeva (52 kq) – Ariane Toro Soler (İspaniya)
Qeyd edək ki, Azərbaycan yığmasının bu gün mübarizəyə qoşulan digər 11 cüdoçusu uğursuz çıxış edib.