Azərbaycan cüdoçusu Avropa kuboku yarışında gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Avropa kuboku yarışında gümüş medal qazanıb Azərbaycan cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən açıq Avropa kubokunda gümüş medal qazanıb.
Fərdi
2 Fevral , 2020 02:11
Azərbaycan cüdoçusu Avropa kuboku yarışında gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən açıq Avropa kubokunda gümüş medal qazanıb.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, finala qədər bütün rəqiblərini məğlub edən Oruc Vəlizadə (60 kq) qızıl medal uğrunda görüşdə braziliyalı Felipe Pelim ilə qarşılaşıb. 

Qarşılaşmadan məğlub ayrılan cüdoçumuz qitə kuboku yarışında 2-ci yeri tutub.

Qeyd edək ki, 30 ölkədən 230 idmançının qatıldığı beynəlxalq turnirdə 14 cüdoçumuz iştirak edir. Yarışa fevralın 2-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi