Azərbaycan cüdoçusu Avropa kuboku yarışında çempion olub

Azərbaycan cüdoçusu Avropa kuboku yarışında çempion olub Gənc cüdoçular arasında Avropa kuboku yarışına yekun vurulub
Fərdi
30 İyul , 2017 21:53
Azərbaycan cüdoçusu Avropa kuboku yarışında çempion olub
Foto: judo.az

Bakı. 30 iyul. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlin şəhərində gənc cüdoçular arasında Avropa kuboku yarışına yekun vurulub.

"Report" xəbər verir ki, mötəbər yarışın sonuncu günündə cüdoçularmız daha 2 medal qazanıblar.

100 kq çəki dərcəsində mübarizə aparan Zelim Kotsiyev bütün rəqiblərindən güclü olaraq Berlində növbəti dəfə Azərbaycan bayrağını dalğalandırıb. Digər təmsilçimiz Naim Hüseynov (81 kq) Avropa kubokunun bürünc medalına sahib olub.

Qeyd edək ki, 37 ölkədən 513 (317 oğlan, 196 qız) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 20 cüdoçu (15 oğlan, 5 qız) ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi