Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medaldan məhrum olub - YENİLƏNİB-2

Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medaldan məhrum olub - YENİLƏNİB-2 Bakı. 26 aprel. REPORT.AZ/ İsrailin Təl-Əviv şəhərində keçirilən Avropa çempionatında Azərbaycan cüdoçusu Orxan Səfərov bürünc medal uğrunda görüşə çıxıb.
Fərdi
26 Aprel , 2018 20:06
Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medaldan məhrum olub - YENİLƏNİB-2

Bakı. 26 aprel. REPORT.AZ/ İsrailin Təl-Əviv şəhərində keçirilən Avropa çempionatında Azərbaycan cüdoçusu Orxan Səfərov bürünc medal uğrunda görüşə çıxıb.

"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsindəki 27 yaşlı idmançı belaruslu Dmitri Şerşan ilə üz-üzə gəlib. Təmsilçimiz rəqibinə ipponla məğlub olub.


***18:38

İsrailin Təl-Əviv şəhərində keçirilən Avropa çempionatında Azərbaycan cüdoçusu Orxan Səfərov yarımfinal mərhələsində məğlub olub.

"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsindəki 27 yaşlı idmançı sloveniyalı Adrian Qomboka uduzub. O, bürünc medal uğrunda görüşdə belaruslu Dmitri Şerşan ilə qarşılaşacaq.

Bu çəkidəki digər azərbaycanlı cüdoçu Nicat Şıxəlizadə təsəlliverici görüşdə belaruslu Dmitri Şerşana uduzaraq mübarizəni dayandırıb.


***17:04

Bu gün İsrailin Təl-Əviv şəhərində cüdo üzrə kişi və qadınlar arasında Avropa çempionatına start verilib.

"Report"un məlumatına görə, birinci yarış günündə Azərbaycanın 9 cüdoçusu tatami üzərinə çıxıb.

Onlardan 6 qadın idmançının hamısı elə ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıb. Həmçinin 60 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli də startdaca uduzub. 

Əvəzində 66 kq çəki dərəcəsində yarışan Orxan Səfərovla Nicat Şıxəlizadə medallar uğrunda mübarizəni davam etdirirlər. Mübarizəyə 1/16 final mərhələsindən başlayan Səfərov ardıcıl olaraq, xorvatiyalı Bernard Azinoviç, israilli Barux Şmaylov və portuqaliyalı Joao Krisostomonu məğlub edərək yarımfinala yüksəlib. Finala gedən yolda onun rəqibi sloveniyalı Adrian Qombok olacaq. 

Şıxəlizadə isə ilk 2 görüşündə moldovalı Denis Vyeru və ukraynalı Georgi Zantarayanı mübarizədən kənarlaşdırsa da, 1/4 finalda italiyalı Matteo Medvesə uduzub. Lakin o, mübarizəni bürünc medal uğrunda təsəlliverici görüşdə davam etdirəcək. Təcrübəli cüdoçunun rəqibi belaruslu Dmitri Şerşan olacaq. 

Qeyd edək ki, təsəlliverici, yarımfinal və final görüşləri Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. 

Avropa çempionatı

Qadınlar

48 kq

1/16 final. Əliyeva Leyla - Marusa Stanqar (Sloveniya)

1/16 final. Bazarraqça Erdenebat - Dilara Lokmanhekim (Türkiyə)

52 kq

1/16 final. Gültac Məmmədəliyeva - İrem Korkmaz (Türkiyə)

1/16 final. Buyanxişiq Purevsuren - Madelene Rubinşteyn (Norveç)

57 kq

1/16 final. Ülviyyə Rəhimli - Anna Borovska (Polşa)

1/16 final. İnçxorlo Munxtsedev - Nora Qyakova (Kosovo)

Kişilər

60 kq

1/16 final. Vüqar Şirinli - Beslan Mudranov (Rusiya)

66 kq

Təsəlliverici görüş. Nicat Şıxəlizadə - Dmitri Şerşan (Belarus)

1/4 final. Nicat Şıxəlizadə - Matteo Medves (İtaliya)

1/8 final. Nicat Şıxəlizadə - Georgi Zantaraya (Ukrayna)

1/16 final. Nicat Şıxəlizadə - Denis Vyeru (Moldova)

1/2 final. Orxan Səfərov - Adrian Qombok (Sloveniya)

1/4 final. Orxan Səfərov - Joao Krisostomo (Portuqaliya)

1/8 final. Orxan Səfərov - Barux Şmaylov (İsrail)

1/16 final. Orxan Səfərov - Bernard Azinoviç (Xorvatiya)

Son xəbərlər

Orphus sistemi