Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb
Fərdi
2 Noyabr , 2018 19:42
Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan cüdoçusu Rəşad Yelkiyev Macarıstanın Gyor şəhərində keçirilən gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb. 

"Report" xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal uğrunda görüşdə Sloveniya təmsilçisi David Starkeli məğlub edib. 

Kişilərin mübarizəsində İlkin Babazadə (66 kq), qadınlarda isə Ülviyyə Rəhimli, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Səkinə Zayirova və İçinxorlu Munxtsedev (hər ikisi 57 kq) yarışı medalsız başa vurublar.