Azərbaycan cüdoçusu Almaniyada 2-ci yeri tutub

Azərbaycan cüdoçusu Almaniyada 2-ci yeri tutub Bakı. 8 aprel. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlin şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib.
Fərdi
8 Aprel , 2018 14:49
Azərbaycan cüdoçusu Almaniyada 2-ci yeri tutub

Bakı. 8 aprel. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlin şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

“Report” xəbər verir ki, beynəlxalq turnirin ilk günü Azərbaycan milli komandasının üzvü Mirağa Hacıyev gümüş medal qazanıb.

Almaniya, Xorvatiya, İsrail və Türkiyə cüdoçularına qalib gələn Mirağa Hacıyev qızıl medal uğrunda görüşdə Türkiyə təmsilçisi Emirhan Karahana uduzaraq 2-ci yeri tutub.

Berlin turniri bu il Argentinada keçiriləcək yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xalları verir.

Son xəbərlər

Orphus sistemi