Azərbaycan cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib

Azərbaycan cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək cüdo üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçilərinin rəqibləri bəlli olub.
Fərdi
22 aprel 2025 19:44
Azərbaycan cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib

Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının rəqibləri bəlli olub.

"Report" xəbər verir ki, turnirdə Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) fərdi yarışlarda təmsil edəcək.

Yığma həmçinin qarışıq komanda yarışında çıxış edəcək.

Yarış sabah, Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.

Kişilər

60 kq

1/16 final

Əhməd Yusifov - İshak Aşpis (İsrail)

Turan Bayramov - Ceyms Zahra (Malta)

66 kq

1/16 final

Ruslan Paşayev - Boyan Yotov (Bolqarıstan)

73 kq

1/16 final

Rəşid Məmmədəliyev - Benjamin Levi (Böyük Britaniya)

81 kq

1/16 final

Zelim Tçkayev - Orelyen Bonferroni (İsveçrə)

Ömər Rəcəbli - Con Vrenozi (Albaniya) / Eetu İhanamaki (Finlandiya) cütünün qalibi ilə

90 kq

1/16 final

Murad Fətiyev - Aleksandr Sidorik (IJF)

100 kq

1/8 final

Zelim Kotsoyev - Simeon Georgiadis (Yunanıstan) / Aristos Mixael (Kipr) cütünün qalibi ilə

+100 kq

1/16 final

Uşanqi Kokauri - Patrik Broneç (Polşa)

Qızlar

48 kq

1/16 final

Könül Əliyeva - Paulina Şlaxta (Polşa)

52 kq

1/16 final

Gültac Məmmədəliyeva - Çiara Serra (Almaniya)

57 kq

1/16 final

Fidan Əlizadə - Anastasiya Sokiryanska (Latviya)

70 kq

1/32 final

Günel Həsənli - Anna Oleynik-Korniyenko (Ukrayna)

Südabə Ağayeva - Adelina Novitski (İsrail)

+78 kq

1/16 final

Nigar Süleymanova - Sofio Somxişvili (Gürcüstan)

Qarışıq komanda

1/8 final

Azərbaycan - İtaliya

Orphus sistemi