Yuxarı
    Bağlamaq

    Azərbaycan cüdoçuları Tbilisi Qran Prisinə medalsız başlayıb

    Yalnız Vüqar Şirinli ilk görüşündə qələbə qazana bilib

    Bakı. 25 mart. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tibilisidə cüdo üzrə Qran Priyə start verilib. "Report"un məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycan milli komandasının aparıcı üzvlərindən bəziləri iştirak etmir.

    Baş məşqçi Peter Zayzenbaxer onlara istirahət verib. İlk yarış günündə Azərbaycanın 3 təmsilçisindən heç biri 1/4 finala yüksələ bilməyib.

    60 kq çəki dərəcəsində yer alan Vüqar Şirinli ilk qarşılaşmasında belarusiyalı Arif Bağırova qalib gəlsə də, ikinci gürüşündə türkiyəli Bəkir Özlüyə məğlub olub. Bu çəkidəki digər cüdoçu Elbrus Zamanov və yeganə qadın cüdoçu - 48 kq çəkidə yer alan Aişə Qurbanlı da ilk görüşdəcə məğlub olaraq mübarizəni dayandırıb.

    Qeyd edək ki, 67 ölkədən 395 (231 kişi, 164 qadın) cüdoçunun qatıldığı yarışda Azərbaycan 12 idmançı ilə təmsil olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi