Yuxarı
    Bağlamaq

    Azərbaycan cüdoçuları reytinq siyahısına başçılıq edir

    İki cüdoçu birinci pillədə qərarlaşıb

    Bakı. 5 dekabr. REPORT.AZ/ Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycana gümüş medallar qazandıran Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) öz çəki dərəcələrində liderliklərini davam etdirirlər.

    Hər iki cüdoçu bütün rəqiblərini qabaqlayaraq reytinq cədvəlində birinci yeri tutur.

    60 kq çəkidə bu il Avropa çempionatının gümüş mükafatçısı olan Orxan Səfərov 2-ci pillədə qərarlaşıb. 66 kq çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə daha 2 pillə geriləyərək 12-ci yerde dayanıb. Elxan Məmmədov (100 kq), İlqar Müşkiyev (60 kq), Məmmədəli Mehdiyev 90 kq) müvafiq olaraq 7-ci, 14-cü, 20-ci yeri tuturlar.

    Ağır çəkili cüdoçu Uşangi Kokauri isə reytinq cədvəlinin 18-ci pilləsindədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi