Azərbaycan cüdoçuları Qran Priyə 2 qızıl medalla başlayıb

Azərbaycan cüdoçuları Qran Priyə 2 qızıl medalla başlayıb İlqar Müşkiyevlə Nicat Şıxəlizadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
Fərdi
20 Noyabr , 2015 15:01
Azərbaycan cüdoçuları Qran Priyə 2 qızıl medalla başlayıb

Bakı. 20 noyabr. REPORT.AZ/ Çinin Tsindao şəhərində cüdo üzrə Qran Priyə start verilib. "Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycan millisi 2 qızıl medal qazanıb.

60 kq çəki dərəcəsində yer alan İlqar Müşkiyev əvvəlcə bolqarıstanlı Yanislav Gerçev, ardından rusiyalı Dmtri Kulikov, 1/4 finalda azərbaycanlı Orxan Səfərov, yarımfinalda qazaxıstanlı Aybek İmaşevi məğlub edərək finala yüksəlib. O, həlledici qarşılaşmada hollandiyalı Yeroen Mureni məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Səfərov isə 7-ci yerlə kifayətlənib.

66 kq çəkidəki Nicat Şıxəlizadə isə ardıcıl olaraq monqolustanlı Batgerel Battsetseq, almaniyalı Rene Şneyder və yaponiyalı Kenqo Takayçini üstələdikdən sonra finala adlayıb. Son qarşılaşmasında isə təcrübəli cüdoçu daha bir monqolustanlı Tumurxuleq Davadorju məğlub edərək Qran Prinin qalibi olub.

Qeyd edək ki, həftəsonu daha 8 cüdoçu - Rüstəm Orucov (73 kq), Abdulhaqq Rəsullu, Hüseyn Rəhimli (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100 kq) tatami üzərinə çıxacaq.

Son xəbərlər

Orphus sistemi