Azərbaycan cüdoçuları Hərbçilərin Ümumdünya Oyunlarında daha 3 medal medal qazanıb

Azərbaycan cüdoçuları Hərbçilərin Ümumdünya Oyunlarında daha 3 medal medal qazanıb Vüqar Şirinli gümüş, Nicat Şıxəlizadə və Hüseyn Rəhimli bürünc medala sahib olub
Fərdi
5 Oktyabr , 2015 19:56
Azərbaycan cüdoçuları Hərbçilərin Ümumdünya Oyunlarında daha 3 medal medal qazanıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Cənubi Koreyanın Munqyeonq şəhərində keçirilən Hərbçilərin VI Ümumdünya Oyunlarında Azərbaycan cüdoçuları daha 3 medal medal qazanıb. "Report"un məlumatına görə, Vüqar Şirinli gümüş, Nicat Şıxəlizadə və Hüseyn Rəhimli bürünc medala sahib olub.

60 kq çəki dərəcəsində yer alan Şirinli ilk görüşündə ermənistanlı Qarik Harutunyanı ipponla məğlub edib. Ardından o, indoneziyalı və koreyalı rəqiblərini də üstələdikdən sonra finala yüksəlib. Həlledici görüşdə Azərbaycan cüdoçusu braziliyalı Felipe Eyci Kitadaya uduzub.

66 kq çəkidə yarışan Şıxəlizadə qətərli, qazaxıstanlı və cənubi koreyalı rəqiblərinə qalib gəlsə də, yarımfinalda misirli Əli Eyd əl-Yusifiyə uduzaraq bürünc medal uğrunda təsəlliverici görüşə qatılıb. O, həmin qarşılaşmada əlcəzairli Bilal Lunauçini məğlub edərək üçüncü olub.

73 kq çəkidəki Rəhimli isə çinli, çilili və fransalı rəqiblərini məğlub edib. Amma o, yarımfinalda cənubi koreyalı Yunq Min Liyə uduzaraq, təsəlliverici görüşdə iştirak edib. Bu döyüşdə isə Rəhimli monqolustanlı Tumennasan Erdenetoqtoxu məğlub edərək üçüncü yeri tutub.

Daha öncə Vüqar Şirinli, Nicat Şıxəlizadə, Hüseyn Rəhimli, Elmar Qasımov və Tural Safquliyevdən ibarət yığma komanda yarışında bürünc medal qazanıb. Beləliklə, Azərbaycan millisi hazırda 1 gümüş, 3 bürünc medalla ümumi sıralamada 18-cidir. Medal sayında isə ölkəmiz 6-cı pillədə qərarlaşıb.  

Son xəbərlər

Orphus sistemi