Azərbaycan cüdoçuları Göygöl toplanışını başa vurub

Azərbaycan cüdoçuları Göygöl toplanışını başa vurub Cüdo üzrə böyüklər və gənclərdən ibarət Azərbaycan milli komandası Göygöl Olimpiya Kompleksindəki təlim-məşq toplanışını başa vurub.
Fərdi
104
30 Dekabr , 2021 17:15
Azərbaycan cüdoçuları Göygöl toplanışını başa vurub

Cüdo üzrə böyüklər və gənclərdən ibarət Azərbaycan milli komandası Göygöl Olimpiya Kompleksindəki təlim-məşq toplanışını başa vurub.

"Report"un məlumatına görə, ilin son hazırlıq prosesinə 18 - 31 yaşlı ümumilikdə 58 tatami ustası cəlb olunub. Onlar əsasən Bakı, Sumqayıt, Gəncə və Qəbələni təmsil edirlər. Azərbaycan Kubokunun qalib və mükafatçıları, millinin digər aparıcı heyət üzvlərinin qatıldıqları toplanışda əsas məqsəd 2022-ci il yanvarın sonlarından başlayacaq beynəlxalq yarışlarda onların hazırlıqlarının yüksəldilməsidir.

Böyüklərdən ibarət yığmanın kapitanı Rüstəm Orucov gələn il üçün forma yığmağa başladıqlarını söyləyib: "Bizi Avropa və dünya çempionatı, V İslam Həmrəyliyi Oyunları kimi çox güclü yarışlar gözləyir. Təbii ki, əsas hədəfimiz Paris-2024 Qış Olimpiya Oyunlarıdır. Lakin olimpiadadan əvvəl də məsul turnirlərimiz olacaq".

Millinin məşqçisi Elçin İsmayılov cüdoçuların toplanış müddətində güc və dözümlülük topladıqlarını açıqlayıb: "Qarşıdakı turnirlərdə millinin bütün üzvləri qatılacaqlar. Ona görə də toplanışa titullu cüdoçularla yanaşı, gənc və perspektivliləri də cəlb etmişik".

Xatırladaq ki, böyüklər və gənclərdən ibarət milli komanda 8 - 15 yanvarda Türkiyənin Antalya şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi