Azərbaycan cüdoçuları dünya çempionatına Polşada hazırlaşır

Azərbaycan cüdoçuları dünya çempionatına Polşada hazırlaşır Cüdo üzrə Azərbaycan milli komandası Polşanın Zakopane şəhərində beynəlxalq təlim-məşq toplanışına başlayıb.
Fərdi
6 Avqust , 2022 16:17
Azərbaycan cüdoçuları dünya çempionatına Polşada hazırlaşır

Cüdo üzrə Azərbaycan milli komandası Polşanın Zakopane şəhərində beynəlxalq təlim-məşq toplanışına başlayıb.

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, avqustun 17-dək davam edəcək hazırlıq prosesinə 14 cüdoçu qatılıb.

Onlar millinin baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Mehman Əzizov, fiziki hazırlıq üzrə məşqçi Həsrət Məhəmmədovun rəhbərliyi altında hazırlıq keçirlər.

Toplanışı 6 - 12 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Son xəbərlər

Orphus sistemi