Yuxarı

​Azərbaycan cüdoçuları "Böyük dəbilqə" turnirində yarışacaqlar

Azərbaycan millisi turnirə 11 nəfərlik heyətlə qatılacaq

Bakı. 5 fevral. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə cüdoçular arasında "Böyük dəbilqə" turniri keçiriləcək. 

"Report"un məlumatına görə, fevralın 6-da başlayıb 2 gün davam edəcək yarışda 93 ölkədən 583 cüdoçu qalib adı uğrunda mübarizə aparacaq.

Bunlardan 370-i kişilər, 213-ü isə qadın idmançıdır.

Azərbaycan millisi turnirə 11 nəfərlik heyətlə qatılacaq. Kişilərin yarışında Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Hidayət Heydərov, Tərlan Kərimov (hər ikisi 66 kq), Rüstəm Alimli, Əbdülhəq Rəsullu (hər ikisi 90 kq), Şahin Qəhrəmanov, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100 kq) iştirak edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi