Yuxarı

Azərbaycan cüdoçuları Avropa kubokunun ilk günü 7 medal qazanıblar

İdmançılarımız mötəbər yarışda 3 qızıl və 4 bürünc medal qazanıblar

Bakı. 22 May. REPORT.AZ/ Polşada yeniyetmə cüdoçular arasında keçirilən Avropa kubokunun ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub.

“Report” Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Azərbaycan cüdoçuları mötəbər yarışda 3 qızıl və 4 bürünc medal qazanıblar.

Məlumata görə, Rövşən Əliyev (-50kq), Vüsal İbrahimov (-55 kq) və Şəfəq Həmidova (-44kq) bütün rəqiblərinə qalib gələrək Avropa kubokuna sahib olublar. Raxşan Baxşəliyev (-50kq), Əhməd Yusifov (-55kq), Paşa Əliyev (-66kq) və Şəhanə Hacıyeva (-44kq) Avropa kuboku yarışının bürünc medalını əldə ediblər.

Beləliklə Azərbaycan cüdoçuları qitə miqyaslı yarışın ilk günü 7 medal qazanaraq komanda hesabında birinci yerdə gedirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi