Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcək

Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcək Azərbaycanın gənc cüdoçuları Avstriyanın Qrats şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcək.
Fərdi
30 May , 2024 20:52
Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın gənc cüdoçuları Avstriyanın Qrats şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcək.

"Report" Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 1-dən 2-dək baş tutacaq turnirdə 30 ölkədən 435 idmançı qüvvəsini sınayacaq.

Yığmamız yarışda oğlanlar arasında 7 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq. Nizami İmranov (60 kq), Məhəmməd Musayev, İslam Rəhimov (hər ikisi 66 kq), Süleyman Əliyev, Aydın Rzayev (hər ikisi 73 kq), Məmmədrza Hacızadə, Süleyman Şükürov, Nahid Tarquliyev (hamısı 81 kq), Tuncay Şamil, İsmayıl Zamanov (hər ikisi 90 kq), Nicat Şıxəlizadə (100 kq), Ramazan Əhmədov və Kənan Nəsibov (+100 kq) baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin etimadını doğrultmağa çalışacaq.

Qeyd edək ki, yarışdan sonra idmançılarımız iyunun 3-dən 5-dək Qratsda təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.

.

Son xəbərlər

Orphus sistemi