Bakı. 8 aprel. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlin şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı başa çatıb.
"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, beynəlxalq turnirin son günü Azərbaycan milli komandası üçün uğurlu olub.
Cüdoçularımız Avropa kubokunda daha 2 medal qazanıblar. 90 kq çəki dərəcəsində yarışan Yaqub İsmayılzadə bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. +90 kq çəki dərəcəsində yarışan Toğrul Salmanov Berlində bürünc medala layiq görülüb.
Qeyd edək ki, Berlin turniri bu il Argentinada keçiriləcək yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xalları verir.




