Azərbaycan cüdoçuları Avropa birinciliyində iki medal qazanıblar

Azərbaycan cüdoçuları Avropa birinciliyində iki medal qazanıblar Bakı. 29 iyun. REPORT.AZ/ Bosniya və Hersoqovinanın Sarayevo şəhərində yeniyetmə cüdoçular arasında Avropa birinciliyinə start verilib.
Fərdi
29 İyun , 2018 03:54
Azərbaycan cüdoçuları Avropa birinciliyində iki medal qazanıblar

Bakı. 29 iyun. REPORT.AZ/ Bosniya və Hersoqovinanın Sarayevo şəhərində yeniyetmə cüdoçular arasında Avropa birinciliyinə start verilib.

“Report” xəbər verir ki, yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. Millimizin iki üzvü qitə birinciliyində fəxri kürsüyə qalxıb.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Mətin Rzazadə gümüş medal qazanıb. 50 kq çəki dərəcəsində yarışa qatılan Mirağa Hacıyev isə bürünc medala sahib olub.

Qeyd edək ki, 42 ölkədən 457 idmançının (255 oğlan, 202 qız) mübarizə apardığı qitə birinciliyində Azərbaycan milli komandası 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunur.

Son xəbərlər

Orphus sistemi