Azərbaycan cüdoçuları Açıq Avropa turnirində qızıl və gümüş medal qazanıb

Azərbaycan cüdoçuları Açıq Avropa turnirində qızıl və gümüş medal qazanıb Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa açıq turnirində Azərbaycan yığması ilk iki medalını qazanıb.
Fərdi
12 Fevral , 2022 20:30
Azərbaycan cüdoçuları Açıq Avropa turnirində qızıl və gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Ruslan Paşayev Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Açıq Avropa turnirində bürünc medal görüşünə çıxıb. 

"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində rəqib fransalı Robin Korrado olub. Qarşılaşmanın taleyi qızıl xal bölümündə həll olunub. Paşayev ipponla uduzaraq, 5-ci yeri tutub. 

Beləliklə, Azərbaycan yığması ilk yarış gününü 2 medalla başa vurub. 60 kq çəkidə Turan Bayramov qızıl, Samir Piriyev gümüş medal qazanıb. 

20:02

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə açıq Avropa turnirində Azərbaycan yığması ilk iki medalını qazanıb.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində final görüşündə Samir Piriyev və Turan Bayramov üz-üzə gəlib. Bayramov qarşılaşmanı qızıl xal bölümündə ipponla başa vurub. Nəticədə o, qızıl, Piriyev isə gümüş medal əldə edib.

Qeyd edək ki, bu gün Azərbaycanın daha bir təmsilçisi Ruslan Paşayev 66 kq çəkidə bürünc medal görüşünə çıxacaq. Rəqib fransalı Robin Korrado olacaq.

Son xəbərlər

Orphus sistemi